"Qarabağ" futbol komandasının Avropa Liqasının qrup mərhəsindəki rəqiblərindən olan İtaliyanın "Fiorentina" klubu baş məşqçi Paulo Souza ilə bağlı bəyanat yayıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, "bənövşəyilər" 46 yaşlı mütəxəssisin istefaya göndərildiyinə dair xəbərləri təkzib edib.
Klub mətbuatda yayılan bu tipli məlumatları əsassız adlandırıb və belə xəbərlərə təəssüfləndiyini bildirib. Bəyanatda qeyd olunub ki, əsassız informasiyalar bu ərəfələrdə komandaya, kluba və azarkeşlərə mənfi təsir edə bilər.
Qeyd edək ki, "Qarabağ"la "Fiorentina"nın yer aldığı J qrupunda PAOK (Yunanıstan) və "Slovan" (Çexiya) komandaları da mübarizə aparacaq.