1 milyonluq dələduzluq - Bakıda

11:28 - 6 Sentyabr 2016 - HADİSƏ

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Lent.az xəbər verir ki, 1982-ci il təvəllüdlü Şeydayev Cavad Məzahir oğlu Səbail rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək 2013-cü ildə Xəqani küçəsi 21-in qarşısında 1975-ci il təvəllüdlü Quliyev Əziz Göyüş oğluna 919 min manat verdiyini və həmin şəxsin onu aldadaraq pulu mənimsədiyini bildirib.

Şikayətçi bildirib ki, Ə.Quliyev pulu ticarətlə məşğul olmaq adı ilə alıb.

Xəbər xətti