Hərəkətdə olan avtomobilin üstünə düşən 41 yaşlı şəxs hadisə yerində dünyasını dəyişib
Bakıda dəhşətli intihar hadisəsi baş verib.“Report”un xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, 41 yaşlı Əli Vəliyev özünü Babək prospektindəki tunelin üzərindən atıb. Bu zaman o, təsadüfən həmin tuneldən keçən “Hyundai” markalı avtomobilin üzərinə düşüb. Ə.Vəliyev hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.