Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" ilk oyunda 0:1 hesabı ilə uduzduğu İsveçin "Göteborq" klubunu qəbul edəcək.“Qafqazinfo” xəbər verir ki, "Göteborq"un futbolçusu Mattias Byarsmir oyunla bağlı fikirlərini bölüşüb:
“Bizim üçün cavab matçı çətin keçəcək. “Qarabağ” ancaq hücum haqda düşünəcək. Əlimizə fürsət düşəndə rəqibi cəzalandırmağa çalışacağıq. Nəzərə almaq lazımdır ki, “Qarabağ” ÇL-da mübarizəni dayandıraraq Avropa Liqasında çıxış edir. Onlar həmin uğursuzluğu unutdurmaq istəyirlər. Əsl ölüm-dirim mübarizəsi olacaq. Reynaldo, Riçard Almeyda və Migel Madera öz oyunları ilə seçilən futbolçudurlar. Onlardan ehtiyatlanmalıyıq”.
Qeyd edək ki, "Qarabağ" - "Göteborq" matçı sabah 20:30-da start götürəcək.