İsmayıllı rayonunda qohumlar arasında baş verən münaqişə ölümlə nəticələnib.APA-nın xəbərinə görə, bu gün saat 17.00 radələrində rayonun Quşencə kəndində kürəkən qayınatasına bıçaqla ağır xəsarətlər yetirərək, onu amansızlıqla qətlə yetirib. Ölən şəxsin meyiti Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən şəxsin adını hələlik dəqiqləşdirmək mümkün olmayıb.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır