Salyanda ağır qəza: bir ailənin 5 üzvü yaralandı-FOTO

14:45 - 10 Avqust 2016 - HADİSƏ

Salyanda baş verən yol qəzasında bir ailənin 5 üzvü xəsarət aldı. Ucnoqta.az-ın Region tv-yə istinadən verdiyi xəbərə görə, Astara magistral yolunun Salyan rayonu Dayıkənd kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran rayon sakini Rövşən Heydərovun idarə etdiyi "VAZ 2106" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində bir ailənin beş üzvü - Lənkəran rayon sakinləri, 56 yaşlı Məhbubə Heydərova, 51 yaşlı Mətanət Babayeva, 23 yaşlı Günel Heydərova, 3 yaşlı və 3 aylıq iki uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Salyan Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirliblər.

Xəbər xətti