Şəkidə 76 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, avqustun 9-dan 10-a keçən gecə Şəki şəhəri Əliheydər Qarayev küçəsi ev 13 ünvanında yaşayan 1940-cı il təvəllüdlü Ziyəddin Həsən oğlu Abdurahmanov bədən xəsarətləri ilə xəstəxanaya daxil olub.
Məlum olub ki, Z. Abdurahmanov yaşadığı evdə pilləkəndən yıxılaraq ağır bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanaya daxil olduqdan bir qədər sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.