Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.“Report”un xəbərinə görə, rayonun Biləcəri qəsəbəsində naməlum şəxs qəsəbə sakini 1995-ci il təvəllüdlü Murad Hacıyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
Yaralı 1 saylı Kliniki Tıbbı Mərkəzə yerləşdirilib.
Araşdırmalar zamanı M.Hacıyevi bıçaqlayan şəxsin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, bu, Naxçıvan şəhər sakini 1967-ci il təvəllüdlü Ülfət Hüseynovdur. Onun tutulması üçün əməliyyət tədbirləri keçirilir.