Səfərov bürünc medal uğrunda yapon idmançı Naohisa Takato ilə mübarizə aparıb. Apasport.az saytının məlumatına görə, bu oyunda tərəflər xal qazana bilməyiblər. İki dəfə xəbərdarlıq alan Orxan məğlub olub və Olimpiya Oyunlarını medalsız başa vurub.
Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.
**** 23.44
Azərbaycan cüdoçusu Orxan Səfərov Rio-2016-nın yarımfinalında qazaxıstanlı idmançı Yeldos Smetovla münasibətlərinə aydınlıq gətirib. Təmsilçimiz finalın bir addımlığında rəqibinə vaza-ari xalı ilə məğlub olub.
Səfərov bürünc medal uğrunda yapon idmançı Naohisa Takato ilə mübarizə aparacaq.
Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.
***** 20.24
Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının 1/16 finalında Xuan Postiqosu (Peru) sınağa çəkib. Vazaari və yuko fəndləri ilə qalib gələn təmsilçimiz 1/8 finalda Otar Bestayev (Qırğızıstan) ilə qarşılaşıb. Görüşün gedişində geri düşən idmançımız ipponla qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə həmyerlimiz braziliyalı cüdoçu Felipe Kitadai ilə görüşüb. Bu rəqibini də ipponla məğlub edən Orxan yarımfinala yüksəlib.
Cüdoçumuz bu mərhələdə qazax idmançı Yeldos Smetovla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.