Velosipedçimiz Olimpiadada finişə çata bilmədi

01:35 - 7 Avqust 2016 - İDMAN

Rio-2016 XXXI Yay Olimpiya Oyunlarının ikinci günündə daha bir idmançımız mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, velosipedçimiz Maksim Averin Olimpiadada debüt edib. Velosiped idmanının şosse növü üzrə yarışan təmsilçimiz finişə çata bilməyib. 144 idmançının mübarizə apardığı yarışda cəmi 63 velosipedçi finiş xəttinə kimi gələ bilib.

Qeyd edək ki, bu yarışın qalibi belçikalı Qreq Van Avermaet (6:10:05) olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq danimarkalı Yakob Fuqlsanq (6:10:05) və polşalı Rafal Mayka (6:10:10) tutub.

Xəbər xətti