Şəki rayonunda silahlı insident qeydə alınıb. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, avqustun 1-də Şəki rayonun Aşağı Göynük kəndində rayon sakini İkram Kərimov xuliqanlıq zəminində pnevmatik tüfəngdən atəş açaraq həmyerlisi Rəhman Əlfətova ayaq nahiyəsindən xəsarət yetirib.
Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Kərimov tutulub, ondan müvafiq sənədləri olan “Striker” markalı pnevmatik tüfəng götürülüb.
Araşdırma aparılır.