Bakıda Türkiyə vətəndaşı avtomobil qəzası nəticəsində ölüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 2-də saat 17 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Türkiyə vətəndaşı Aydın Celal Mustafa idarə etdiyi “Audi” markalı avtomobili qarşıda gedən Hacıqabul rayon sakini Ramil Dəmirovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Xəstəxanaya yerləşdirilmiş Aydın Celal Mustafa orada ölüb.
Baş Dövlət Yol Polis İdarəsi faktla bağlı araşdırma aparır.