Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib. Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.Əməliyyat saat 15:41-də başa çatıb.