Avqustun 1-də Azərbaycanda 3 nəfər cərəyan vurması nəticəsində ölüb. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, avqustun 1-də Şirvan şəhərində yaşayan Mədinə Kərimova, Sabirabad rayonunda yaşayan Güllü Baxışova, Neftçala rayonunda yaşayan Teymur Abışov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Araşdırma aparılır.