Bərdədə 3 nəfərin ölümü və 1 nəfərin yaralanmasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qılınclı kəndi ərazisində baş verib. Bərdə rayon Hızırlı kənd sakini, 1961-ci il təvəllüdlü Kərimov Yəhya İsgəndər oğlunun idarə etdiyi “99 HM 703” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil su kanalına düşüb. Nəticədə, sürücünün özü və sərnişinləri – 1984-cü il təvəllüdlü Yusifli Bəxtiyar Ədalət oğlu və 1952-ci il təvəllüdlü Məmmədov Dilgəm Məhəmməd oğlu hadisə yerində ölüb. Sərnişinlərdən Hüseynov Sahib Adil oğlu müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.