Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış qadın vəfat edib. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, cari il may ayının 8-də Nərimanov rayonunun Azadlıq prospektində Bakı şəhər sakini Cavanşir Həsənov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini İradə Mustafayevanı vurub. Xəstəxanaya yerləşdirilmiş İ.Mustafayeva iyulun 28-də orada ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.