Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Viktorya” matçının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Çexiya çempionlarının avqustun 2-də keçiriləcək qarşılaşması türkiyəli hakimlərə tapşırılıb.Bakıda baş tutacaq görüşü Hüseyn Göçek idarə edəcək. Ona həmyerliləri kömək edəcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
20:30. “Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Çexiya)
Baş hakim: Hüseyin Göçek
Baş hakimin köməkçiləri: Mustafa Əmrə Eyisoy, Kemal Yilmaz
Dördüncü hakim: Bariş Şimşek (hamısı Türkiyə)
Hakim-inspektor: İqor Satkii (Moldova)
UEFA nümayəndəsi: Andreas Akkelides (Kipr)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu