Bakıda 9 yaşlı qız faciəvi şəkildə öldü

14:37 - 25 İyul 2016 - HADİSƏ

Bakıda 9 yaşlı qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, iyulun 24-də Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Günel Lələyeva həyətdə olarkən onu cərəyan vurub.
Bildirilir ki, azyaşlı qız həyətdəki elektrik sayğacına toxunub və cərəyan vurmasından hadisə yerindəcə keçinib.
Araşdırma aparılır.

Xəbər xətti