Ağdam sakini qızını öldürüb

12:44 - 21 İyul 2016 - HADİSƏ

 Xırdalanda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) saytında verilmiş məlumata görə, Xırdalan şəhərində yaşayan Zəhra Əliyarovanın evindən qardaşının qızı, Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Abşeron Rayon Polis İdarəsinin  əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti