Bakının Sabunçu rayonunda intihara cəhd edən şəxs xəstəxanada ölüb.“Report” xəbər verir ki, rayonun Pirşağı qəsəbəsi, Sovxoz-2 adlanan ərazidə yeni tikilidə yaşayan 1991-ci il təvəllüdlü Vəfa Bağırlı özünü iplə asıb.
V.Bağırlı xəstəxanaya yerləşdirilib və orada tibbi yardım aldığı müddətdə ölüb.
Faktla bağlı araşdırma aparılır.