"Meydançanın vəziyyəti o qədər də yaxşı deyil, bu amil bizim oyunumuza təsir edə bilər. Amma biz maksimum şəkildə çalışacağıq ki, səhvlərə yol verməyək". Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində bu gün qarşılaşacaqları "Düdelanj" haqda danışan Qurbanov onları çox ciddi oyunun gözlədiyini bildirib:
"Rəqibimiz də istəkli komandadır, növbəti mərhələyə vəsiqə qazanmaq üçün vuruşacaq. Bizi ciddi bir oyun gözləyir, həddindən artıq diqqətli olmalıyıq. İki oyunun nəticəsinə görə növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik".
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk görüşdə "Qarabağ" rəqibinə 2:0 hesabı ilə qalib gəlib.