UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarından sonra siyahıda müəyyən dəyişiklik baş verib.
453 ölkənin yer aldığı siyahıya 144,428 xalla Madrid “Rea”lı başçılıq edir. “Bavariya” 134,328 xalla 2-ci, “Barselona” 129,428 xalla 3-cü pillədədir.
Siyahıda yer alan klbularımızın hər biri mövqeyini yaxşılaşdırıb. Ən yaxşı göstəriciyə sahib olan “Qarabağ”dır. İki pillə irəliləyən Ağdam təmsilçisi 13,500 xalla 120-ci yerdədi.
“Neftçi” də iki pillə irəliləyib. Xalını 9,250-ə çatdıran “ağ-qaralar” 154-cü yerdədir.
Avropa Liqasında uğurlu çıxışını davam etdirən "Qəbələ" 5.750 xalla 206-cı yerə yüksəlib. Roman Qriqorçukun komandası da 2 pillə yüksəlib. “İnter” 3 pillə irəliləyərək 216-cı sıraya yüksəlib. “Bankir”lərin 5.500 xalı var.
“Xəzər Lənkəran” 1 pillə irəliləyib. 4.000 xalı olan cənub təmsilçisi 283-cü yerə yüksəlib. “Kəpəz” 3,500 xalla 309-cudu. Gəncə klubu 3 pillə yüksəlib.
Siyahıda “Bakı”nın da adı var. Paytaxt klubu 5 pillə irəliləyərək 3.250 xalla 318-cü yerə qalxıb.
Qeyd edək ki, reytinq klubların avrokuboklarda son beş mövsümdəki göstəricilərinə əsasən hazırlanıb.qol.az