Fransa millisinin forvardı Antuan Qrizman Avropa çempionatının ən yaxşı oyunçusu seçilib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 25 yaşlı forvard turnirdə 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
O buna qədər Avro-2016-nın ən yaxşı bombardiri kimi “Qızıl buts”a da layiq görülüb.