Bakıda motosiklet Rusiya vətəndaşı olan uşağı vurub.“Report” xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib.L.Tolstoy küçəsində naməlum motosiklet Rusiya vətəndaşı, 2008-ci il təvəllüdlü Melissa Namikovna Danilovanı vurub və hadisə yerindən qaçıb.
Xəsarət alan M.Danilova 1 saylı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Araşdırma aparılır.