Bu gün Fransada keçirilən futbol üzrə Avropa çempionatının ilk finalçısı müəyyənləşib. "Report"un məlumatına görə, yarımfinalda Portuqaliya və Uels yığmaları qarşılaşıb. Oyun 2:0 hesabı ilə Portuqaliya yığmasının qələbəsi ilə başa çatıb.
Qolları 50-ci dəqiqədə K.Ronaldo və 53-cü dəqiqədə Nani vurub. Bununla da Portuqaliya finala vəsiqə qazanıb.
Qeyd edək ki, qrup mərhələsini 3-cü pillədə başa vuraraq 1/8 finala yüksələn Portuqaliya bu görüşdən əvvəl ardıcıl olaraq Çexiya və Polşa komandalarını mübarizədən kənarlaşdırıb.
Digər yarımfinalda Fransa ilə Almaniya üz-üzə gələcək. Oyun bu gün Marsel şəhərində keçiriləcək.