Ramin Musayev növbəti dəfə Peşəkar Futbol Liqasına prezident seçilib

12:03 - 5 İyul 2016 - İDMAN

 Bu gün Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna seçki keçirilib. AFFA-nın inzibati binasında təşkil olunan mərasimdə AFFA prezidenti Rövnəq Abdullayev və Premyer Liqa klublarının nümayəndələri iştirak edirlər.
Yeganə namizəd olan Ramin Musayev yenidən bu posta seçilib. Bununla da 53 yaşlı futbol funksioneri 3-cü fəaliyyəti dönəminə başlayacaq.

Xatırladaq ki, Musayev PFL yarandığı vaxtdan - 2008-ci ilin iyulun 2-dən ona başçılıq edir.report

Xəbər xətti