Gəncədə maşın məktəblini vurub

11:55 - 5 İyul 2016 - HADİSƏ

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, şəhər sakini 13 yaşlı Hikmət Bağırovu yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxanaya çatdırılıb. Xəstəxanadan bildirilib ki, H.Bağırov dərhal əməliyyat olunub, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti