Salyanda doğum evində ölən körpələr dəfn olunub

10:34 - 22 İyun 2016 - Xəbər

 Ötən gün doğum evində ölən iki uşaq axşam saatlarında dəfn olunub. “Report" xəbər verir ki, Bakıdan müayinədən gətirilən körpələr axşam saatlarında qəbiristanlıqda torpağa tapşırılıb. Yaxınlarının sözlərinə görə, digər sağ qalan uşağın vəziyyəti hələlik stabildir.
Qeyd edək ki, ötən gün Salyan doğum şöbəsində üçəm doğan Mirzabitə Abdullayevanın iki körpəsi işıqlar söndürüldüyündən oksigen çatışmazlığından küveyzdə boğularaq ölüb. 

Xəbər xətti