Gömrükdə ayaqqabılarında narkotik keçirən şəxs saxlanılıb

17:11 - 21 İyun 2016 - Xəbər

Azərbaycan vətəndaşı piyada yolla İrandan Azərbaycana gələrkən Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində gömrük nəzarəti zamanı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin şəxsin üzərində şəxsi yoxlama aparılıb. Yoxlama nəticəsində vətəndaşın üzərindən - sağ və sol ayağına geyindiyi idman ayaqqabısının içərisindən, gömrük nəzarətindən gizlədilmiş şəkildə iki ədəd bağlama və bir ədəd bükümdə, ümumi xalis çəkisi 149,030 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti