Bakıda yolların açılacağı vaxt məlum olub

15:56 - 20 İyun 2016 - Xəbər

Bakı şəhəri ərazisində Formula 1 yarışlarının keçirilməsi ilə əlaqədar olaraq bağlanan bəzi yollar bu gün saat 16:00-da açılacaq. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.Şöbə rəisi bildirib ki, hazırda Bakı şəhər halqasında hərəkət olduğu kimi qalır: “Təşkilat Komitəsinin qərarına əsasən bu gün bəzi yollar, yol qovşaqları və kəsişmələr açılacaq. Həmin küçələrdə avtomobillərin hərəkəti bərpa ediləcək. Lakin bəzi küçə və prospektlərin, əsasən Neftçilər prospekti isə sabah günün 1-ci yarasında açılacaq”.

V.Əsədovun sözlərinə görə, Formula 1 yarışları ərəfəsində, yarışların keçirildiyi ərazilərə yaxın yerlərdə heç bir yol qəzası və xoşagəlməz hadisə baş verməyib: “Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən təyin olunmuş ərazilərdə yüksək səviyyədə xidmət təşkil olunub. Sürücülərin Bakıda təhlükəsiz və maneəsiz hərəkət etmələri üçün yol polisi əməkdaşları bütün lazımi tədbirləri görüb”.

Xəbər xətti