Formula 1: Avropa Qran Prisinin qalibi Niko Rosberq oldu

18:50 - 19 İyun 2016 - Xəbər

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub. İkinci yeri Sebastayn Fettel ("Ferrari"), üçüncü yeri isə Serxio Peres ("Force India") tutub.
"Formula 1" Avropa Qran Prisində 4 pilot mübarizəni dayandırıb.
"Tora Rossa" komandasının hər iki - Daniil Kvyat 6-cı, Karlos Sayns isə 33-cü döngədə mübarizəni dayandırıb. Həmçinin "Manor"un pilotu Paskal Verlayn 40-cı döngədə trasdan çıxıb. "McLaren" pilotu Fernando Alonso isə 42-ci döngədə boksa girib.trend

Xəbər xətti