Moskva şəhərindəki Federasiya Kompleksinin Qərb Qülləsində sərnişin daşıyan lift yeddinci mərtəbədən düşüb.
Ucnoqta.az bildirir ki, SHOT Telegram kanalının xəbərinə görə, hadisədən əvvəl binada elektrik kəsilməsi baş verib.
Şahidlərin sözlərinə görə, liftlərdən birinin aşağıya doğru düşdüyünü bildirilib. Kabinədə bir neçə nəfər olub, onlardan bəziləri xəsarət alıb.
Binanın 62 mərtəbəsi var və hündürlüyü 242 metrdir.