"DÇ-2026"nın 1/8 finalının cütlükləri bəlli oldu - Oyun tarixləri

09:04 - 4 İyul 2026 - İDMAN

FİFA Dünya Çempionatının 1/8 finalında mübarizə aparacaq bütün komandalar müəyyənləşib.

Ucnoqta.az xəbər verir ki, pley-offun ikinci mərhələsinin son iştirakçısı 1/8 finalda Qananı 1-0 hesabı ilə məğlub edən Kolumbiya olub.
1/8 finalda Cənubi Amerika millisi 7 iyulda Vankuverdə İsveçrə ilə qarşılaşacaq.

Həmçinin 1/8 finalının oyunlar da keçiriləcək: Kanada - Mərakeş (4 iyul, Hyuston), Paraqvay - Fransa (5 iyul, Filadelfiya), Braziliya - Norveç (5 iyul, Şərqi Rezerford), Meksika - İngiltərə (6 iyul, Mexiko), Portuqaliya - İspaniya (6 iyul, Arlington), ABŞ - Belçika (7 iyul, Sietl) və Argentina - Misir (7 iyul, Atlanta).

Xəbər xətti