Səudiyyə Ərəbistanı Hörmüz boğazından ən böyük neft yükünü göndərdi

16:54 - 2 İyul 2026 - İQTİSADİYYAT

Səudiyyə Ərəbistanı neftini daşıyan dörd supertanker Hörmüz boğazından keçib ki, bu da ABŞ və İsrailin fevral ayında İrana qarşı müharibəyə başlamasından bəri Ər-Riyadın ən böyük yanacaq yüküdür.

Ucnoqta.az xəbər verir ki, Bloomberg bu barədə gəmiçilik izləmə məlumatlarına istinadən məlumat yayıb.

Məlumatlara görə, Səudiyyə Ərəbistanının Bahri şirkətinə məxsus supertankerlər cümə axşamı Oman körfəzinə çatıb. Onlar Fars körfəzi sahilində yerləşən Ras Tanura limanından 8 milyon barel neft daşıyırlar.

Agentlik yazır ki, bu, ABŞ və İranın iyun ayında Hörmüz boğazından dəniz tranzitini bərpa etmək barədə razılığa gəlməsindən sonra Səudiyyə Ərəbistanının neft ixracını artırdığını göstərir.

Xəbər xətti