Estoniyada yeni NATO komandanlıq və taktiki mərkəzi yaradılıb

16:32 - 30 İyun 2026 - DÜNYA

Alman-Hollandiya Korpusu Latviya və Estoniyada yerləşən NATO qüvvələrinin komandanlığını öz üzərinə götürərək bölgədə yeni taktiki qərargah yaradıb.

Ucnoqta.az xəbər verir ki, DPA xəbər agentliyinin məlumatına görə, rəsmi mərasim Estoniya-Latviya sərhədindəki Valqada Almaniya müdafiə naziri Boris Pistoriusun iştirakı ilə baş tutub.

Almaniya Müdafiə Nazirliyi qeyd edib ki, Almaniya və Hollandiya NATO-nun şərq cinahında çəkindirmə və müdafiə tədbirlərinə görə məsuliyyəti öz üzərinə götürməyə hazır olduqlarını və qabiliyyətlərini nümayiş etdirirlər".

Alman-Hollandiya Korpusu artıq hərbi təlimlərin təşkili və əlaqələndirilməsi, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindən məsul olacaq. Əvvəllər bu məsuliyyəti NATO-nun Polşadakı komandanlıq mərkəzi yerinə yetirirdi.

Xəbər xətti