DSMF pensiya, müavinət və təqaüdlərlə bağlı məlumat yaydı

14:36 - 30 İyun 2026 - Xəbər

2026-cı ilin yanvar-may ayları ərzində 81 053 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Bu barədə Ucnoqta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onlardan 18 932-si pensiya, 54 961-i müavinət və 7 160-ı təqaüd təyinatıdır.

Xəbər xətti