Provayderlər texniki imkanlardan yetərincə istifadə etmir - Mütəxəssis

14:05 - 30 İyun 2026 - Xəbər

Azərbaycanda provayderlərin təqdim etdiyi internet paketlərinin qiymətlərini digər ölkələrlə müqayisədə 100 Mbit/s paketi (Mbit/s üçün təklif edilən məbləğ 0.25 AZN) demək olar ki, eyni qiymət aralığındadır, amma ölkə üzrə median sürət isə 91.95 Mbit/s-dir.

Ucnoqta.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib. Mütəxəssisin sözlərinə görə, median sürətin bizdən yüksək olduğu Macarıstan, Latviya və Litva kimi ölkələrə baxdıqda isə 1000 Mbit/s-lik paketlərin aşağı sürətli paketlərə nisbətən daha əlçatan olduğunu görürük: 
"Bu da göstərir ki, istehlakçı yüksək sürətli paketi daha sərfəli gördükdə ona keçməyə daha meylli olur. Azərbaycanda isə 200 Mbit/s və daha yüksək paketlər hələ kifayət qədər cəlbedici qiymətlərlə təqdim edilmir. 
Məsələ burasındadır ki, ölkəmizdə yüksək sürətli internet üçün infrastruktur problemi yoxdur. Əksər provayderlər qurulmuş şəbəkə üzərindən 1 Gbit/s və daha yüksək sürət təqdim etmək imkanına malikdir. Əsas problem provayderlərin qurulan infrastrukturun texniki imkanlarından yetərincə istifadə etməməsidir. Bunun əziyyətini isə istehlakçı çəkir".


Xəbər xətti