Göyçayda toqquşan iki maşından biri kanala düşdü

12:18 - 30 İyun 2026 - ÖLKƏ İÇİ

Göyçada yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə bu gün saat 10 radələrində Göyçayın Cəyirli kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobil əvvəlcə KIA markalı maşınla toqquşub, daha sonra su kanalına düşüb.

Avtomobilin kanaldan çıxarılması üzrə işlər davam etdirilir.///oxu.az

Xəbər xətti