Seçki nəticələrinin ləğvi üçün heç bir əsas yoxdur - Erməni nazir

11:52 - 30 İyun 2026 - DÜNYA

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan hesab edir ki, siyasi qüvvələrin Konstitusiya Məhkəməsinə təqdim etdiyi faktlar 7 iyun parlament seçkilərinin nəticələrinin ləğvi üçün əsas vermir.

Ucnoqta.az xəbər verir ki, o, məhkəmə binasının qarşısında jurnalistlərə bildirib.

Qalyan bildirib ki, seçki kampaniyası zamanı geniş yayılmış rüşvətxorluq olduğu iddiası ilə bir siyasi qüvvənin razıdır. Lakin onun fikrincə, bu, seçki nəticələrinin ləğvi üçün əsas ola bilməz.

"Həcmi çox vacibdir. İkincisi, bizim mövqeyimiz ondan ibarətdir ki, rüşvətxorluq halları hüquq-mühafizə orqanları tərəfindən qiymətləndirilməlidir", nazir bildirib.

Xəbər xətti