"DÇ-2026"-nın qalibi onlar olacaq - Opta superkompüteri

17:20 - 28 İyun 2026 - İDMAN

Britaniya analitik şirkəti Opta-nın superkompüteri pley-off mərhələsindən əvvəl Fransanı Dünya Çempionatının yeni favoritləri siyahısına daxil edib.

Ucnoqta.az bildirir ki, bu barədə Opta saytında məlumat verilib.

Fransanın turnirdə qalib gəlmə ehtimalı 18,66% -dir. İlk üç favorit arasında Argentina (16,26%) və İspaniya (13,47%) də var. İlk 10-luğa İngiltərə (9,68%), Braziliya (6,47%), Hollandiya (5,11%), Portuqaliya (4,74%), Almaniya (4,36%), Kolumbiya (3,19%) və Norveç (2,95%) daxildir.

Fransa qrup mərhələsində Seneqalı (3-1), İraqı (3-0) və Norveçi (4-1) məğlub etdi. Onlar 1/32 final mərhələsində İsveçlə qarşılaşacaqlar.

Turnir başlamazdan əvvəl Opta superkompüteri İspaniyanı favorit hesab edirdi və qrup mərhələsinin ikinci turundan sonra Argentina favorit idi.

İlk dəfə 48 komandanın iştirak etdiyi turnir 19 iyulda başa çatacaq. 

Xəbər xətti