Laçında yeni yaşayış məhəlləsi tikiləcək

10:12 - 13 May 2026 - ÖLKƏ İÇİ

Laçın şəhərində yeni yaşayış məhəlləsinin tikintisinin təşkilinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

Ucnoqta.az bu barədə Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurum bununla bağlı elan etdiyi satınalma müsabiqəsini yekunlaşdırıb və müsabiqədə ən sərfəli qiymətlə Hovers Group şirkəti çıxış edib.

Belə ki, şirkət yeni yaşayış məhəlləsinin tikintisinin təşkilinə görə 41,2 milyon manat ödəniş təklif edib. Hazırda təklif dəyərləndirmə mərhələsindədir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.

Qeyd edək ki, azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam etdirilir.

Xəbər xətti