Sumqayıtda ər arvadını öldürdü

11:43 - 6 Mart 2026 - HADİSƏ

Bu gün səhər saatlarında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində qətl hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, yevlax rayon sakini, 1977-ci il təvəllüdlü İsmayıl Ramazanov aralarında yaranmış münaqişə zəminində arvadı, 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadəyə bıçaq xəsarətləri yetirib.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerindən qaçan İ.Ramazanovu polis əməkdaşları tutaraq istintaqa təhvil veriblər.

Araşdırma aparılır.

Xəbər xətti