Cənubi Afrikada binanın uçması nəticəsində altı nəfər ölüb

20:26 - 2 Mart 2026 - DÜNYA

Cənubi Afrikanın Yohannesburq şəhərinin ətrafındakı bir ərazidə tikilməkdə olan binanın uçması nəticəsində altı nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə EWN radiostansiyası məlumat verib.

Stansiya bildirib ki, tikinti sahəsində çalışan altı nəfər həlak olub. Xilasedicilər bir işçini dağıntılar altından xilas edə bilsələr də, daha üç nəfər itkin düşüb. Onların axtarışı davam edir.

Əvvəlcə 15 nəfərin uçmuş binanın altında qalmış ola biləcəyi bildirilirdi.

Şahidin sözlərinə görə, bina beton plitə quraşdırılarkən, ikinci mərtəbənin döşəməsi çöküb.

Bina Ormond ərazisində tikilməkdə olan bir fabrikin emalatxanalarından biridir.

Xəbər xətti