Makron yeni təyyarədaşıyan gəmi ilə bağlı yekun qərarı açıqladı

08:44 - 22 Dekabr 2025 - DÜNYA

Fransa Prezidenti Emmanuel Makron Fransa Hərbi Dəniz Qüvvələrində bu tip yeganə gəmi olan Şarl de Qoll gəmisini əvəz edəcək yeni təyyarədaşıyan gəminin inşası layihəsinin yekun təsdiqini elan etdi.

Ucnoqta.az xxəbər verir ki, o, bu açıqlamanı Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) hərbi bazasında Fransa hərbçiləri qarşısında çıxışı zamanı verib.

Makron onun tikintisində 800 şirkətin iştirak edəcəyini deyib. Prezidentin özü 2026-cı ilin fevral ayında yeni gəminin salınacağı gəmiqayırma zavoduna baş çəkməyi planlaşdırır. Mediada yayılan məlumatlara görə, sözügedən gəmiqayırma zavodu Fransanın qərbindəki Sen-Nazerdə yerləşir.

Xəbər xətti