“Atam yaşasaydı, zəng edib deyəcəkdi ki…” - Xoşqədəm Hidayətqızı

22:11 - 20 Dekabr 2025 - Cəmiyyət

"Səni axtarıram" verilişinin müəllifi və aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Ucnoqta.az xəbər verir ki, aparıcı bu xəbəri “Səni axtarıram” verilişində izləyiciləri ilə bölüşüb.
"Bir jurnalist olaraq bu günə qədər mövqeyim, fəaliyyətim cənab Prezident tərəfindən qiymətləndirilib. 2005-ci ildə "Tərəqqi" medalı ilə, daha sonra "Əməkdar jurnalist" adlarına layiqq göörülmüşəm. Yazılı mediada yazdığım araşdırmalar, reportajlar, ölkədaxili, ölkəxarici yazılarımız, dünyanın ən məşhur liderləri ilə müsahibələr, gərgin əmək yolu keçmişəm. Çünki həqiqətən çətin yol keçmişəm. Hər dəfə bu yolları keçəndə, nəticəsini, uğurunu görəndə ata-anam məni qucaqlayıb mənimlə birgə ağlayıblar. Bu gün medal mənə göndəriləndə gözlərim doldu. Atam yaşasaydı, zəng edib təbrik edəcəkdi, deyəcəkdi ki, uğurların bol olsun. Bütün uğurlarıma valideynlərim sevinib. Keçdiyim əzablı yol, çətin, tək mübarizəm olub.

Kirayədə də yaşamışam, evsiz də olmuşam, heç vaxt ədalət, dürüstlük yolumdan dönməmişəm. Amma valideynlərim yanımda olduğu üçün güclü olmuşam. Efir bitməmiş atam göz yaşları ilə “qızım, səni təbrik edirəm” deyərdi” - Xoşqədəm Hidayətqızı bildirib.

Xəbər xətti