Stavropol diyarı yaxınlığında 4.0 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Zəlzələnin ocağı 10 km dərinlikdə 4.0 bal gücündə seysmik hadisə qeydə alınıb. Tələfat və ya dağıntı olmayıb.
Nazirlik bütün vacib xidmətlərin normal işlədiyini açıqlayıb.