"Qarabağ"ın oyununa biletlər satışa çıxır

14:13 - 27 Noyabr 2025 - İDMAN

Azərbaycan Premyer Liqasında "Qarabağ"- "Karvan-Yevlax" oyununun biletləri sabah satışa çıxır

Ucnoqta.az xəbər verir ki, Premyer Liqanın XIII turunda "Karvan-Yevlax" ilə oyunun biletləri sabah saat 12:00-dan etibarən satışda olacaq

Satış məntəqələri:

iTicket.az-da onlayn satış;

Oyun günü isə iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassası;

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Xəbər xətti