"Hizbullah" hərəkatının silahlı qanadının üzvü Livanın cənubundakı Şavqin kəndində İsrail pilotsuz təyyarəsinin hücumu nəticəsində həlak olub.
Ucnoqta.az bildirir ki, Elnashra xəbər portalı xəbər verir.
Xəbər portalının məlumatına görə, bu, 24 saat ərzində ikinci hücumdur. Bundan əvvəl, Bint Cbeil sərhəd bölgəsində pilotsuz təyyarənin atdığı qumbara nəticəsində bir səhra komandiri həlak olmuşdu.
