Böyük Britaniya Kralı III Çarlz kiçik qardaşı Endryu titul və fəxri adlarından məhrum etdi və onu kral iqamətgahından çıxarmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə People məlumat yayıb.
III Çarlz həmçinin Şahzadə Endryuya Kral Lojasındakı icarə müqaviləsini ləğv etmək və alternativ şəxsi yaşayış yerinə köçmək üçün rəsmi bildiriş göndərib.
Şahzadə Endryuya qarşı təzyiq onun maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı iddialardan qaynaqlanır.
