Kürdlərin hücumu nəticəsində iki Suriya əsgəri həlak olub

00:12 - 30 Oktyabr 2025 - DÜNYA

Kürd koalisiya qüvvələri olan Suriya Demokratik Qüvvələri (SDQ) Hələbin şərqində (Dəməşqdən 360 km məsafədə) keçid hökuməti qüvvələrinin mövqelərini atəşə tutub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ərəb Respublikası Müdafiə Nazirliyinin "Əl-Əxbariya" televiziya kanalı tərəfindən yayımlanan açıqlamasında bildirilib.

Açıqlamada qeyd olunur ki, SDQ atəşkəsi pozaraq Tişrin bəndi yaxınlığındakı mövqelərimizdən birinə idarə olunan raketlə hücum edib, iki əsgəri öldürüb, üçüncüsünü isə ağır yaralayıb.

Bildirilir ki, kürdlər Dəməşq hakimiyyəti ilə əvvəllər əldə edilmiş bütün razılaşmaları pozurlar.

Xəbər xətti